Zaqatalada keçirilən əməliyyat barədə rəsmi məlumat yayılıb, altı nəfər saxlanılıb - SİYAHI - YENİLƏNİB

Zaqatalada keçirilən əməliyyat barədə rəsmi məlumat yayılıb, altı nəfər saxlanılıb  - <span style="color: red;">SİYAHI  - <span style="color: red;">YENİLƏNİB
# 03 may 2016 11:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən Zaqatalada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən əməliyyat barədə rəsmi məlumat yayılıb.

APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, qeyd olunan strukturların əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 11.10

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

***

saat 10.58

Bakı. Vüqar Heydərov – APA. Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.

APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə nəfər saxlanılıb.

Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR