SOCAR-ın təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçiriləcək

SOCAR-ın təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçiriləcək
# 26 aprel 2016 12:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanını keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, namizədlər aprelin 26-dan etibarən TQDK-nın müvafiq internet səhifəsinə (https://eservices.tqdk.gov.az/brxvsocar/?frm=egov) daxil olaraq "Namizədin imtahana buraxılış vərəqiəsi"ni çap edə bilərlər.

İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında keçirilir və saat 11:00-da başlanır.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1570 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün isə 9 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR