Amerikalı general: "ABŞ Rusiya və Çinin hərəkətlərindən narahatdır"

Amerikalı general: "ABŞ Rusiya və Çinin hərəkətlərindən narahatdır"
# 23 may 2016 09:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Yenidən canlanan Rusiya və çox aqressiv Çin amerikalı hərbçiləri narahat edir”.

APA-nın məlumatına görə, bunu “USA Today”a müsahibəsində amerikalı general Herbert Karlayl deyib.

O bildirib ki, hər iki ölkə öz təsir dairəsini genişləndirmək istəyir: “Rusiya Şərqi Avropa və Sakit okeanda, Çin isə mübahisəli Parasel adaları və Spratli arxipelaqında güclənmək istəyir. Onlar bizim orada mövcudluğumuzun olmamasına çalışırlar. Biz buna imkan verməməliyik. Biz qanun çərçivəsində beynəlxalq hava və su məkanlarından istifadə hüququmuzdan yararlanmağa davam etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR