Bakıda məktəbi bitirə bilməyən şagirdlər üçün imtahanlar keçirilir

Bakıda məktəbi bitirə bilməyən şagirdlər üçün imtahanlar keçirilir
# 11 may 2016 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçirilir. Bakı Şəhəri üzrə Təhsil İDarəsindən APA-ya verilən xəbərə görə, imtahanlar 3 gün ərzində Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Eksternat qaydasında imtahan vermək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 533 nəfər müraciət edib. İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR