Əflatun Amaşov Azərbaycana idxal edilən qəzet kağızının ƏDV-dən azad olunmasını təklif edib

Əflatun Amaşov Azərbaycana idxal edilən qəzet kağızının ƏDV-dən azad olunmasını təklif edib
# 06 may 2016 11:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Azərbaycanda əlavə dəyər vergisinin 18% olması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir".

APA-nın məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

V. Əhmədov Azərbaycan üçün lazım olan qida məhsulları, mal və məhsullarla bağlı diferensiallaşmış ƏDV-nin tətbiqini təklif edib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə Azərbaycana idxal edilən qəzet kağızının ƏDV-dən azad olunmasını vacib sayıb.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişikliklərin Vergilər Nazirliyi ilə geniş müzakirə olunduğunu, ƏDV ilə bağlı məsələyə müxtəlif baxışların mövcud olduğunu qeyd edib. O əlavə edib ki, nazirliklə müzakirələr davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR