BMT Rusiyanın göstərdiyi qruplaşmaları terrorçu kimi tanımayıb

BMT Rusiyanın göstərdiyi qruplaşmaları terrorçu kimi tanımayıb
# 11 may 2016 22:53 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurasında Rusiya tərəfi Suriyada fəaliyyət göstərən “Əhrar aş-Şam” və “Ceyş əl İslam” qruplaşmalarının terrorçu kimi tanınmasını təklif edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ, Fransa, Böyük Britaniya və Ukrayna bu təklifin əleyhinə çıxıblar.

Qeyd olunur ki, qruplaşmaların “qara siyahı”ya daxil etmək üçün BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi yekdil fikrə gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR