Avropa fond bazarında əsas səhmlər bahalaşıb, ABŞ-da ucuzlaşıb

Avropa fond bazarında əsas səhmlər bahalaşıb, ABŞ-da ucuzlaşıb
# 09 avqust 2016 07:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,08% - 18 529,29 bəndədək, S&P 500 0,09% - 2 180,89 bəndədək, NASDAQ 0,15% - 5 213,14 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,23% - 6 809,13 bəndədək, Fransa CAC-40-ı 0,11% - 4 415,46 bəndədək, Almaniya DAX-ı 0,36% - 10 432,36 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,70 dollar ucuzlaşaraq 1 339,60 dollara, gümüş isə 0,06 dollar azalaraq 19,75 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR