V ixtisas qrupuna və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb

V ixtisas qrupuna və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb
# 20 may 2016 10:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. V ixtisas qrupu və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 51389 abituriyent müraciət edib. Onlardan 27844 nəfəri cari ilin, 23545 nəfəri əvvəlki illərin məzunlarıdır. 33584 abituriyent I-IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim edib. 20387 abituriyent isə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçib.


Qeydiyyatdan keçmiş cari ilin məzunları buraxılış, əvvəlki illərin məzunları isə buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanındakı nəticələri əsasında müsabiqədə iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR