Qazaxda minik və yük maşını toqquşub, 5 nəfər xəsarət alıb

Qazaxda minik və yük maşını toqquşub, 5 nəfər xəsarət alıb
# 08 may 2016 23:49 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Bakı-Qazax-Gürcüstan magistral yolunda 5 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 475-ci kilometrliyində, Qazax şəhəri ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Vəliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən 1953-cü il təvəllüdlü Mübariz Musayevin idarə etdiyi “KAMaz” markalı avtomobillə toqquşub.

Qəza zamanı sürücülər və “VAZ”-da olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rəhim İbrahimli, onun həmyaşıdı Əmrah Məmmədov və 1995-ci il təvəllüdlü Elmir Rafiqli müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Mərkəzdən verilən məlumata görə xəsarət alanlardan Əmrah Məmmədovun vəziyyəti ağır olsa da, digərlərinin vəziyyəti normaldır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR