Cəlilabadda fərdi evdə yanğın olub

Cəlilabadda fərdi evdə yanğın olub
# 27 aprel 2016 18:24 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Komanlı kənd sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Becan oğlu Davudova məxsus birmərtəbəli, iki otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsindən müvafiq olaraq 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 108 kv.m olan evin 88 kv. metrlik ərazisi içindəki əşyalarla bilikdə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR