Biləsuvarda fəaliyyət göstərməyən ikimərtəbəli inzibati binada yanğın olub

Biləsuvarda fəaliyyət göstərməyən ikimərtəbəli inzibati binada yanğın olub
# 15 may 2016 10:50 (UTC +04:00)

Bakı-APA. Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 780 kv.m olan, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli inzibati binada yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 1-ci mərtəbəsində 1 otağın döşəməsi 12 kv.m sahədə, digər otaqda 1 ədəd şkaf, 2-ci mərtəbəsində 2 otağın hər birində 2 ədəd şkaf və 1 otağında 1 kv.m sahədə kağız tullantıları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR