Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 18 may 2016 16:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Gəncə şəhər sakini Elmir Hüseynovun idarə etdiyi BMW markalı avtomobil Gədəbəy rayon sakini Azər Dəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan “Mercedes”in sərnişini, Bakı şəhər sakini, 1953-cü il təvəlüdlü Aydın Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR