İlhamə Quliyevanın həbsdə olan köməkçisinin vəkili və həyat yoldaşı baş prokurorla görüşəcəklər

İlhamə Quliyevanın həbsdə olan köməkçisinin vəkili və həyat yoldaşı baş prokurorla görüşəcəklər
# 26 aprel 2016 11:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Baş prokuror Zakir Qaralov bir müddət əvvəl vəfat edən xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı və vəkili ilə görüşəcək. Vəkil Vasif Mirzəyev APA-ya verdiyi məlumata görə, Z. Qaralaov onları aprelin 29-da qəbul edəcək: “Biz Mehriban Hüseynovanın işi ilə bağlı baş prokurorla görüşmək üçün müraciət etmişdik”.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva fevralın 25-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR