Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 10 may 2016 20:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Vəli Xuluflu küçəsində yaşayan 1990-cı il təvəllüdlü Xaliq İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR