Qobustanda iki “VAZ” toqquşub, xəsarət alan var

Qobustanda iki “VAZ” toqquşub, xəsarət alan var
# 04 may 2016 00:33 (UTC +04:00)

Bakı-APA. Qobustanda iki “VAZ” toqquşub, xəsarət alan var. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonunda, Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillər toqquşub. Nəticədə, “VAZ 2106” markalı avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR