Binalarda radonun yüksək qatılığı xəritələri tərtib edilib

Binalarda radonun yüksək qatılığı xəritələri tərtib edilib
# 19 may 2016 13:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Açıq və qapalı məkanlarda radonun yayılmasında geoloji faktorların rolu” mövzusunda məruzə təqdim edib. O bildirib ki, Azərbaycanda qapalı məkanda ölçülmüş radonun qatılığı geniş həddə dəyişir. Ç. Əliyevin sözlərinə görə, Azərbaycanda aparılmış ölçmələrin yalnız 7%-nin normadan yüksək olduğunu (200 Bk/m 3–dən çox) diqqətə çatdırıb: “Alınmış məlumatlar əsasında ilk dəfə olaraq radonun həcmi aktivliyi və binalarda radonun yüksək qatılığı xəritələri tərtib edilib. Radonun qatılığının yüksək qiymətləri dağlıq rayonların seysmik zonalarındakı dərin qırılmalarla üst-üstə düşür. Binalarda ölçülmüş radonun qatılığı torpaqda, mineral və termal sularda, palçıq vulkanlarında aparılan ölçmələrin nəticələri ilə korrelyasiya olunur. Belə nəticəyə gəlmək olar ki, yaşayış binalarında yerləşdirilən radonun yüksək qiymətləri təbii xarakter daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR