Poroşenko sabiq DİN rəhbərini Ukraynanın baş prokuroru vəzifəsinə təyin edib

Poroşenko sabiq DİN rəhbərini Ukraynanın baş prokuroru vəzifəsinə təyin edib
# 12 may 2016 19:05 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko sabiq daxili işlər naziri Yuri Lutsenkonu ölkənin baş prokuroru vəzifəsinə təyin olması barədə fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Ali Rada Lutsenkonun baş prokuror vəzifəsinə namizədliyini dəstəkləyib.

Qeyd edək ki, 2005-2010-cu illərdə iki dəfə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb. 2010-cu ildə o böyük məbləğdə dövlət vəsaitlərini israf etməkdə təqsirləndirilərək həbs olunub.

İki il davam edən istintaqdan sonra Lutsenko təqsirli bilinərək şəxsi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin aprelində Lutsenko prezidentin fərmanı ilə əfv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR