Dövlət Departamenti: “ABŞ Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatdır”

Dövlət Departamenti: “ABŞ Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatdır”
# 29 aprel 2016 21:41 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Ukraynanın şərqində atəşkəsin pozulması hallarının artmasından narahatdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib.

“Ukraynanın şərqindəki vəziyyət bizi narahat edir. Aprel ayında bölgədə 30 min atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Biz Rusiya və separatçıları Minsk razılaşmalarına uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırırıq”, deyə M.Toner bildirib.

Qeyd edək ki, Donbasda vəziyyətin nizamlanması üzrə Təmas qrupu aprelin 30-u, saat 00:00-dan bölgədə atəşkəs rejiminin bərpasına dair razılığa gəlib. Bu barədə ATƏT sədrinin xüsusi nümayəndəsi Martın Saydik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR