Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan rəsm müsabiqəsi keçirilib

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan rəsm müsabiqəsi keçirilib
# 10 may 2016 12:07 (UTC +04:00)

Bakı – APA. Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan rəsm müsabiqəsi keçirilib. İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə İH başçısı Eldar Əzizov, YAP Səbail Rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və başqaları iştirak edib.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli onlara ayrılmış vaxt ərzində hərbi-vətənpərvərlik mövzusunda - müharibə, xüsusilə də Qarabağ savaşı ilə bağlı müxtəlif rəsmlər çəkiblər. Eyni zamanda parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.

Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılmış münsiflər heyəti qalibləri müəyyən edib. Qaliblər Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar diplomla mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR