Patruşev: "NATO hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırır"

Patruşev: "NATO hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırır"
# 20 iyun 2016 13:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Beynəlxalq vəziyyət gərginlik tendensiyası yaşayır, NATO Rusiya sərhədlərinə yaxınlaşır".

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O bildirib ki, ABŞ və onun NATO çərçivəsində müttəfiqləri tərəfindən ittifaqın hərbi infrastrukturunun birbaşa Rusiya sərhədlərinə yaxınlaşdırılması ilə bağlı tədbirlər görülür: “Eyni zamanda, “Rusiya hərbi təhlükəsi” mövzusunu qabardırlar. Bu səs-küyə aktiv şəkildə Polşa və Baltikyanı ölkələr də qoşulur. Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi mənada cavab tədbiri görmək məcburiyyətindədir. Rusiya prezidenti tərəfindən 2015-ci ilin sonunda qəbul olunmuş Milli Təhlükəsizlik Strategiyası bu tədbirlər üçün baza rolunu oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR