Abşeron sakini avtomobili yol ayırıcısına vurub, ölən var

Abşeron sakini avtomobili yol ayırıcısına vurub, ölən var
# 17 avqust 2016 11:00 (UTC +04:00)


Bakı - APA. Avqustun 16-da saat 22 radələrində Xızı rayonunun Şuraabad qəsəbəsində Abşeron rayon sakini Mais Pirəliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili yol ayırıcısına vurub.

APA-nın DİN-in saytına istinadən vrdiyi məlumata görə, nəticədə M. Pirəliyevin sərnişini - həmyerlisi Rövşən Novruzov hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR