“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb

“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb
# 20 iyul 2016 13:55 (UTC +04:00)

Bakı-APA. “Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir: " Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik".

Qeyd edək ki, "Zaman-Azərbaycan" qəzeti 1991-ci il mayın 24-dən nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR