Bakı Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda müzakirə keçirilib

Bakı Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda müzakirə keçirilib
# 30 sentyabr 2016 15:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda dəyirmi masa fasilədən sonra davam edib.


Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında deyib ki, forum artıq qlobal məsələlərin müzakirəsi platformasına çevrilib və burada əsas məqsəd davamlı inkişafa nail olmaqdır: “Gündəlikdə olan məsələlərin səmərəli istifadəsi üçün ölkələrin və beynəlxalq təşkilatların tərəfdaşlığı olduqca vacibdir. Azərbaycanda da davamlı inkişaf və ekoloji sivilizasiya sahəsində mühüm işlər görülür".

İ. Kərimov “ASAN xidmət” mərkəzləri haqqında dəyirmi masa iştirakçılarına məlumat verib.

Sonra "Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu" mövzusunda müzakirələr aparılıb.

Qırğızıstan Respublikasının "Qırğızıstanın sözü" qəzetinin baş redaktoru Kifayət Əsgərova sözügedən mövzuda cəmiyyətin və jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, jurnalistləri ölkənin inkişafı naminə obyektiv olmağa çağırıb.

Mərakeşin II Həsən Universitetinin prezidenti İdris Mənsuri isə çıxışında rəhbəri olduğu təhsil müəssisəsində tələbələrin vətəndaş cəmiyyəti və davamlı inkişaf konsepsiyası mövzusunda maarifləndirildiyini söyləyib: "Düşünürəm ki, bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyətini də qeyd etmək lazımdır. Eyni zamanda qarşılıqlı tələbə mübadiləsi də danışdığımız mövzuya öz töhfəsini verə bilər".

Dəyirmi masa başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR