Balakəndə iki "VAZ" toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Balakəndə iki "VAZ" toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 31 avqust 2016 07:19 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə iki avtomobilin toqquşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alan 1956-cı il təvəllüdlü Aydın Əliyev əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

***

01:40

Balakən. Vüqar Heydərov-APA. Balakəndə baş verən yol-nəqliyyat hadisəsində qəzasında, biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 30-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu Əliyevin idarə etdiyi “VAZ 21011” markalı, 62-BA-201 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən, Balakən rayonu Katex kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin idarə etdiyi “VAZ 21015” markalı 10-NP-278 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Balakən RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR