Dənizkənarı Bulvar İdarəsinin loqosu təqdim olunub

Dənizkənarı Bulvar İdarəsinin loqosu təqdim olunub
# 13 may 2016 10:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dənizkənarı Bulvar İdarəsinin loqosu təqdim olunub.

İdarədən APA-ya verilən məlumata görə, loqo Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını birləşdirir. Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, müasirliyini əks etdirir.

Yeni loqo təqdim olunmaqla, həm də bu vaxtadək mövcud olan loqo qüvvədən düşmüş hesab edilir.

Qeyd edək ki, prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli fərmanına əsasən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək qeyd olunan idarələrin əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR