"BP-Azərbaycan" xarici şirkətlə 500 mln. dollarlıq müqavilə imzalayıb

"BP-Azərbaycan" xarici şirkətlə 500 mln. dollarlıq müqavilə imzalayıb
# 28 aprel 2016 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "BP-Azərbaycan" Xəzər dənizində 8 neft-qaz sahəsi üçün layihələndirmə, satınalma və tikinti menecmenti xidmətlərini həyata keçirəcək "Wood Group" şirkəti ilə 500 mln. dollarlıq müqavilə imzalayıb. Bu barədə “APA-Economics” NASDAQ birjasının yaydığı məlumata istinadən xəbər verir.


“Wood Group”un şərq regionun üzrə icraçı direktoru David Buçan (David Buchan) bildirib ki, beş illik müqavilə BP ilə olan güclü əməkdaşlığın göstəricisidir. “Müavilədə yerli personalla əməkdaşlığı inkişaf etdirməyə yönəlib. İşçilərimizin 50%-i bu regiondan olan işçilər olacaq. Xidmətlərimiz əsasən “Çıraq”, “Mərkəz-Azəri”, “Şərqi-Azəri”, “Qərbi-Azəri”, “Dərinsulu-Günəşli” və “Şahdəniz-1” yataqlarını əhatə edəcək”, - deyə D. Buçan deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR