Polşa, Pakistan və Qırğızıstan liderləri Azərbaycan prezidentini təbrik ediblər

Polşa, Pakistan və Qırğızıstan liderləri Azərbaycan prezidentini təbrik ediblər
# 23 may 2016 17:01 (UTC +04:00)

Bakı – APA. Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, A. Dudanın məktubunda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm. Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq. Möhtərəm cənab prezident, sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev, Pakistan prezidenti Məmnun Hüseyn, Malayziya kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahan, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məhəmməd bin-Rəşid Al Maktum təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR