Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
# 03 sentyabr 2016 10:33 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.

Bildirilib ki, prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.

Prezident rəmzi açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR