Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib
# 01 avqust 2016 09:35 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib.

BANM-dən APA-ya bildirilib ki, 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən rektor Elmar Qasımov Ali Məktəbin fəaliyyət istiqamətlərindən danışıb. BANM-də BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu digər neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən rektor bildirib ki, Ali Məktəbin bir sıra tələbələrinin indidən belə şirkətlərə işə dəvət olunması artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir. O, zəngin maddi-texniki bazaya malik olan BANM-in dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları, neft-qaz və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri üçün geniş təhsil və gələcək karyera imkanları yaradıldığını deyib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Ali Məktəb haqqında təqdimatla çıxış edərək BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq etdiyini deyib və bu əməkdaşlıq çərçivəsində BANM-də tədrisin bu universitetin proqramları əsasında həyata keçirildiyini, Ali Məktəbin seçilmiş tələbələrinin hər il bir semestr ərzində Heriot-Vatt Universitetinə təhsil almağa göndərildiyini bildirib.

Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR