Şərqi Çin dənizində iki gəmi toqquşub, 17 nəfər itkin düşüb

Şərqi Çin dənizində iki gəmi toqquşub, 17 nəfər itkin düşüb
# 07 may 2016 11:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şərqi Çin dənizində balıqçı gəmisi yük gəmisi ilə toqquşaraq batıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 17 nəfər itkin düşüb.

Məlumata əsasən, hadisə mayın 7-də səhər saatlarında baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər hələlik cəmi iki şəxsin həyatını xilas edə bilib.

İtkin düşənlər Çinin “Lu Rong Yu” gəmisinin balıqçılarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR