TQDK: Biliyin qiymətləndirilməsində hər hansı güzəşt tətbiq edilə bilməz

TQDK: Biliyin qiymətləndirilməsində hər hansı güzəşt tətbiq edilə bilməz
# 11 may 2016 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək buraxılış imtahanlarında cəbhə bölgəsində təhsil alan şagirdlərə güzəştlərin ediləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.



TQDK-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Komissiya cəbhə bölgəsində yaşayan şagirdlərin və abituriyentlərin problemlərinə həssaslıqla yanaşır. Təşkilatı məsələlərlə əlaqədar abituriyentlər və şagirdlər üçün uyğun şərait yaradılıb. Onların rahat şəkildə sənəd vermələri üçün cəbhəyanı ərazilərdə Səyyar Qəbul Komissiyaları təşkil olunub: "Amma biliyin qiymətləndirilməsində vahid yanaşma tələb olunur. Buna görə də biliyin qiymətləndirilməsində hər hansı güzəşt tətbiq edilə bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR