Bakı sakinlərindən silah və narkotik vasitə götürülüb

Bakı sakinlərindən silah və narkotik vasitə götürülüb
# 18 may 2016 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinlərindən silah və narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Rzayevdən “Naqan” tipli tapança və 2 ədəd patron, Nəsimi rayon 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Hacıyevdən 760 qram heroin aşkarlanıb.


Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR