Azərbaycanın altı rayonunda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Azərbaycanın altı rayonunda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq
# 26 aprel 2016 10:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən aprelin 27-29-da 6 rayonda (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı) səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tibbi-texniki briqada aprelin 27-də saat 9:00-dan 18:00-dək Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar rayonunun, aprelin 28-də saat 9:00-dan 18:00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında isə həmin rayonun əlilliyi olan və sağlamlıq imkanları məhdud sakinlərinə xidmətlər göstərəcək.

Aprelin 29-da saat 9:00-dan 13:00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunun, həmin gün saat 14:00-dan 18:00-dək Siyəzən rayon ƏSMM-nin inzibati binasında Siyəzən və Xızı rayonlarının müvafiq təbəqələrdən olan sakinlərinin protez-ortopedik bərpa xidmətləri ilə təminatı həyata keçiriləcək.

Əvvəlcədən qeydiyyata alınmış, habelə briqadaya birbaşa müraciət edən insanlar aidiyyəti xidmətlərlə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR