Qazaxıstanda baş verən atışmanın təfərrüatları açıqlanıb - YENİLƏNİB

Qazaxıstanda baş verən atışmanın təfərrüatları açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 19 iyun 2016 16:35 (UTC +04:00)

Bakı-APA. Qazaxıstan polisi bu gün Taraz şəhərində polislə atışmada yaralanan şəhər sakininin kriminal keçmişə malik olduğunu, dini ekstremist qrup üzvü olmadığını açıqlayıb.

APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 16.30 radələrində əməliyyat-profilaktik tədbir çərçivəsində aparılan yoxlama zamanı polis üzərində bıçaq olan bir həxsi yoxlayıb.

Bu zaman həmin naməlum şəxs polisə atəş açıb və polis əməkdaşı yaralanıb. Həmin şəxs saxlanılıb, polis isə xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

***

18.23

Bakı-APA. Bu gün Qazaxıstanın Taraz şəhərində atışma baş verib.

APA-nın verdiyi məlumata görə, bu barədə Qazaxıstnın “ZhambylNews” agentliyi məlumat yayıb.

Hadisə şəhərin 6-cı mikrorayonundakı 18 saylı bina yaxınlığında baş verib. Polisin təqib etdiyi bir neçə gənc bu binaya doğru qaçıb, daha sonra atəş açaraq bir polis əməkdaşını yaralayıblar. Həmin şəxslərdən biri də polisin açdığı atəş nəticəsində yaralanıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Polis hazırda bina sakinlərini evakuasiya edib və binaya heç Kim buraxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR