Rusiyada 32 yaşlı azərbaycanlı itkin düşüb

Rusiyada 32 yaşlı azərbaycanlı itkin düşüb
# 28 aprel 2016 07:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın İrkutsk vilayətində azərbaycanlı itkin düşüb.

APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi artıq axtarış elan edib.

Məlum olub ki, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu aprelin 23-də mərkəzi bazarlardan birində işə gedib və geri qayıtmayıb. Bu vaxta kimi ondan heç bir məlumat alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR