Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi bir ildə 3,5% artıb

 Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi bir ildə 3,5% artıb
# 21 may 2016 12:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5% artaraq 324,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Econonmics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 131,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR