Hindistanda avtobus qəzasında 12 nəfər ölüb

Hindistanda avtobus qəzasında 12 nəfər ölüb
# 25 may 2016 08:14 (UTC +04:00)

Bakı - APA. Hindistanın şimalında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ANİ agentliyi məlumat yayıb.

İnsident Uttarakxand ştatı ərazisində baş verib.

Avtobusun Masidəki yaşayış məntəqəsindən Ramnaqar şəhəri istiqamətində hərəkət etdiyi bildirilir.

Hazırda xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR