Təhsil İdarəsi məktəbəhazırlıq qruplarında monitorinq keçirir

Təhsil İdarəsi məktəbəhazırlıq qruplarında monitorinq keçirir
# 26 aprel 2016 09:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmrinə əsasən, məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında monitorinq keçirilir. Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.

Aprel ayının 25-dən başlayan monitorinqlər may ayının 6-dək davam edəcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR