DİN-in “Səyyar Xidmət”i daha 537 nəfəri şəxsiyyət vəsiqələri ilə təmin edib

DİN-in “Səyyar Xidmət”i daha 537 nəfəri şəxsiyyət vəsiqələri ilə təmin edib
# 06 may 2016 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbirlər paytaxtın Binəqədi, Xəzər, Xətai, Qaradağ, həmçinin respublikanın Abşeron, Sumqayıt, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Qusar, Samux, Qax və Qazax şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1571 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 537 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR