Dövlət Dumasının komitə sədri: "Vyana görüşü münaqişə bölgəsində gərginliyə son qoymalıdır"

Dövlət Dumasının komitə sədri: "Vyana görüşü münaqişə bölgəsində gərginliyə son qoymalıdır"
# 17 may 2016 14:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada ATƏT-in Minsk Qrupu formatı çərçivəsində əldə olunan razılıq Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyə son qoymalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Slutski deyib.

"Vyanada əldə olunan razılıq aprel böhranına və təmas xəttindəki gərgin vəziyyətə son qoymalıdır. Bu, olduqca vacibdir. Vyana razılaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qlobal həll modeli olmalıdır. Ümid edirəm ki, bu həll yaxın gələcəkdə tapılacaq. Bizim bu problemi gələcək nəslə saxlamaq haqqımız yoxdur", - deyə rusiyalı deputat vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR