Məzahir Pənahov: “İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”
# 28 noyabr 2014 14:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, qeydə alınan namizədlərdən 113 nəfəri könüllü şəkildə namizədlikdən imtina edib: “Beləliklə də, hazırda qeydə alınan namizədlərin sayı 37 232 nəfər təşkil edir”.

Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru 29 noyabr 18:00-da başa çatır. Seçki dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR