2015-ci ilin dövlət büdcəsindən “Aqrolizinq”ə 40 mln. manat ayrılacaq

2015-ci ilin dövlət büdcəsindən “Aqrolizinq”ə 40 mln. manat ayrılacaq
# 17 oktyabr 2014 07:52 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2015-ci ilin dövlət büdcəsindən “Aqrolizinq” ASC üçün 40 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Sənəddə bildirilir ki, “Aqrolizinq”ə ayrılan vəsait 2014-cü illə müqayisədə 5 mln. manat və ya 14,3% çox proqnozlaşdırılıb.

Bu vəsait ölkədə iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən iribuynuzlu cins damazlıq heyvanlarının respublikaya gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı işlərinə sərf olunacaq.

Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən 2015-ci il də nəzərə alınmaqla dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına “Aqrolizinq”də 809,4 mln. manat (dövlət büdcəsindən ayrılan vəsait 558,5 mln. manat, digər mənbələrdən və Cəmiyyətin dövriyyəsindən daxil olan vəsait 250,9 mln. manat) məbləğində kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR