Abşeron rayonunda bərbərxanaya basqın edən şəxs tutulub

Abşeron rayonunda bərbərxanaya basqın edən şəxs tutulub
# 07 sentyabr 2015 12:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda bərbərxanaya basqın edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Kərim Qədimzadənin işlədiyi bərbərxanaya gəlmiş həmyerlisi Zaur Həsənov onu və orada olan Qərib Həsənovu bıçaqla hədələyib Q.Həsənovdan 133 manat və mobil telefon, K.Qədimzadədən isə 30 manat alıb.


Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR