FHN-in Muğan Regional Mərkəzi Şirvanda seminar-müşavirə keçirib - FOTO - VİDEO

FHN-in Muğan Regional Mərkəzi Şirvanda seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2014 11:31 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin Dövlət Yanğına Nəzarət Xidməti (DYNX) Şirvan Diaqnostika Mərkəzində seminar-müşavirə keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər və Hacıqabul rayon İcra hakimiyyətləri ilə birlikdə təşkil olunan seminar-müşavirə "Payız qış mövsümündə yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti orqanları və qurumların qarşısında duran vəzifələr" mövzusuna həsr olunub.

Seminarın işində FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Şirvan və Hacıqabul İcra hakimiyyətlərinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Şirvan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şəfayət Əsgərov tədbirin əhəmiyyətindən bəhs edib, baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

DYNX-nin əməkdaşı Nizami Fərəcov, Muğan Regional Mərkəzinin rəisi Orxan Məmmədyarov və rəis müavini Vüqar Dadaşov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib. Qeyd olunub ki, belə hallarla mübarizənin effektinin artırılması üçün maarifləndirmə işlərinin daha da təkmilləşdirilməsi lazımdır.

Müşavirədə FHN DYNX-nin və nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, Şirvan şəhəri və Hacıqabul rayon Mənzil Kommunal Təsərrüfat idarələri, Qaz İstismar sahələri, Enerji Təchizatı və Satışı idarələri, Səhiyyə şöbələrinin və Təcili və təxirəsalınmaz yardım stansiyalarının əməkdaşları iştirak edirdilər.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı plakat və yaddaş vərəqələri seminar iştirakçılarına paylanılıb. Sonda müşavirə iştirakçılarına yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR