Azərbaycanın xarici işlər naziri Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycanın xarici işlər naziri Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib
# 09 iyun 2015 06:53 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycanla Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.




Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.



Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR