Akkan Suver: “Azərbaycanda keçirilən parlament seçkisi Qərb dünyası üçün bir nümunədir”

Akkan Suver: “Azərbaycanda keçirilən parlament seçkisi Qərb dünyası üçün bir nümunədir”
# 02 noyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dünən Azərbaycanda keçirilən parlament seçkisi Qərb dünyası üçün bir nümunədir. Azərbaycanda çağdaş, mədəni və demokratik seçki keçirildi”.

APA-nın xəbərinə görə, bunu noyabrın 1-i parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib.

O bildirib ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub: “Bu seçki 24 ildir ki, müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Seçkidə tətbiq olunan veb-kamera sistemi şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə yoxdur”.

A. Suver qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkisi Bolqarıstan və Yunanıstan keçirilən seçkilərin səviyyəsində baş tutub: “Dünən Türkiyədə də seçki baş tutdu. Biz iki gözəl bayramı qeyd edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR