Paşha Bank
Bank Of Baku

Azərbaycan bu il peyk telekommunikasiya xidmətlərinin ixracından 7,6 mln. dollar gəlir əldə edib

Azərbaycan bu il peyk telekommunikasiya xidmətlərinin ixracından 7,6 mln. dollar gəlir əldə edib
# 30 aprel 2019 14:33 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, cari ilin üç ayında "Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ("Azerspace-1") ixracından 7,6 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85%-ni təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,2 dəfə artıb.

Bu ilin mart ayında isə "Azərkosmos" dünyanın 17 ölkəsinə 5,5 milyon dollar dəyərində xidmət ixrac edib.

"Azərkosmos"un 2019-ci ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, BƏƏ, Almaniya və Birləşmiş Krallıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR