Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərində S-300 və S-125 tipli zenit raket komplekslərindən atışlar həyata keçirilib - FOTOSESSİYA

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərində S-300 və S-125 tipli zenit raket komplekslərindən atışlar həyata keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 avqust 2014 14:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU-2 «Favorit» və S-125 «Peçora-2» TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasia məhvetmə vasitələri ilə tam dağıdıb.

Təlim uçuşlarından sonra Z. Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun qoruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.

Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkcələr hədiyyə edilib.

Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR