Ukrayna prezidentindən “erməni soyqırımı” haqqında sənədin ləğv edilməsi tələb olunub

Ukrayna prezidentindən “erməni soyqırımı” haqqında sənədin ləğv edilməsi tələb olunub
# 02 oktyabr 2015 08:40 (UTC +04:00)

Ukrayna Millətlər Assambleyasının (UMA) rəhbəri Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, assambleyada birləşən azərbaycanlılar, tatarlar, macarlar, yəhudilər, ruslar, yunanlar, türklər, moldovanlar, çexlər, polyaklar və digər xaqları təmsil edən təşkilatlar adından göndərilən müraciətdə qeyd olunan seçkinin nəticələrinin araşdırılması və ləğv edilməsi tələb olunub.

Müraciətdə qeyd olunub ki, belə bir sənədin qəbulu Ukraynada ənənəvi olmayan etnik qarşıdurmanın alovlanmasına əlverişli şərait yaradır: “Son vaxtlar Ukraynanın ucqar şəhərlərindən belə sənədlərin qəbul olunması, bununla da ölkədəki etnik xalqları arşı-qarşıya qoyulması cəhdləri baş qaldırır. Bu, onsuz da çətin durumda yaşayan Ukraynanın indiki vəziyyəti üçün nəinki arzuolunmazdır, yeni bir böhranın başlanması deməkdir. Uzun zamandır Ukraynada azərbaycanlılar, eləcə də digər türkdilli xalqlar ölkənin siyasi və iqtisadi inkişafında güclü rol oynayır. Belə bir sənədin qəbulu, xüsusilə saxta səsvermə yolu ilə qəbul olunması Ukraynanın iqtisadi və siyasi nüfuzuna zərbə vurmaqla yanaşı etnik parçalanmasına rəvac verir. Sizdən tez bir zamanda bu səsvermənin nəticəsinin araşdırılması və ədalətli qərar verilməsini xahiş və tələb edirik”.

R. Tağıyev onu da bildirib ki, Türkiyənin və Azərbaycanın Ukraynadakı səfirlikləri məsələni diasporla birlikdə diqqətdə saxlayır və bunun digər vilayət şuralarına keçməməsi üçün tədbirlər görülür.

Dnepropetrovsk və Xarkov vilayətləri azərbaycanlıları konqreslərindən isə APA-ya bildirilib ki, şəhər Şurasına məlumat verilib ki, bu saxta seçkinin nəticələri ləğv olunmadığı təqdirdə, müxtəlif vilayətlərdən Azərbaycan və digər türkdilli xalqların nümayəndələrinin Dnepropetrovska etiraz yürüşü təşkil olunacaq.

Qeyd edək ki, Ukraynanın Dnepropetrovsk Şəhər Şurasının sentyabrın 30-da keçirilən iclasında gündəlikdən kənar "erməni soyqırımı" barədə sənəd qəbul olunub. İclas zamanı Şəhər Şurasının sədri, mer əvəzi Qalina Bulavka əvvəlcə iclasın gündəliyinə çıxarılan 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra gündəliklə tanış olan Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında “erməni soyqırımı”nın tanınması haqqında sənədin də yer aldığını görüb və buna kəskin etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edərək zalı tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR