Lənkəranda tiryəkxana aşkarlanıb - FOTOSESSİYA - VİDEO

Lənkəranda tiryəkxana aşkarlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 noyabr 2014 14:23 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov məlumat verib. Onun sözlərinə görə, noyabrın 27-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər iki dəfə məhkum olunmuş, 37 yaşlı Emil Şirqasım oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən üstündən 1 bükümdə 0,7 qram heroin, iki bükümdə psixotrop maddə olan matalfetamin və narkotik maddə çəkmək üçün istifadə olunan elektron tərəzi aşkar olunaraq götürülüb. Daha sonra Emil İbrahimovun kirayədə yaşadığı, əvvəllər beş dəfə məhkum olunmuş 49 yaşlı Fəzili İbad oğlu Fətullayevə məxsus Lənkəran şəhəri, Səməd Mehmandarov, küçəsi, 29 saylı evə baxış keçirilərkən ev sahibindən başqa, oradan narkotik maddə istifadəçiləri olan Bakı şəhər sakinləri, 46 yaşlı Aybəniz Ağacan qızı Kərimova və 29 yaşlı Günel Vəliməmməd qızı Vəliyeva, Lənkəran şəhər sakini, 40 yaşlı Sevinc Ağacan qızı Dadaşova saxlanılıb. Axtarış zamanı Fəzili Fətullayevin mənzilindən 7 bükümdə 0,780 qram heron, 5,5 qram tiryək, narkotik maddə olan heroindən istifadə etmək üçün dəmir qab, şüşə flakonlar, 30 ədəd şpris, 22 ədəd distillə olunmuş su flakonu aşkarlanaraq götürülüb. Baxış zamanı həmçinin Fəzili Fətullayevin üzərində bir bükümdə 0,325 qram narkotik maddə olan heroin, Günel Vəliyevanın üzərində 1 bükümdə 0,3 qram narkotik maddə olan heroin, Sevinc Dadaşovanın üzərində isə 4 bükümdə 0,6 qram heroin aşkarlanıb.

İlkin araşdırmalardan məlum olub ki, Emil İbrahimovla Fəzili Fətullayev yaşadıqları Lənkəran şəhəri, Mehmandarov küçəsi, 29 ünvanında uzun müddətdən bəri tiryəkxana təşkil olunub və saxlanılan şəxslər də məhz həmin mənzilə narkotik maddələrdən istifadə etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR